top of page

“Skal International Baku” klubunun 25-ci toplantısı keçirilib



Divan Express Baku Hotelində "Skal International Baku” klubunun 'Turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri' mövzusu üzrə (Azərbaycan Turizm Peşəkarları Assosiasiyası) ənənəvi 25-ci toplantısı keçirilmişdir.

Tədbir vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himni ilə başlayıb. Toplantının birinci mərhələsində

'Skal International Baku' klubunun prezidenti Ceyhun Aşurovun çıxışından sonra Skal klubunun üzvləri mövzu ilə əlaqədar və Skal Baku klubunun gələcək fəaliyyəti ilə bağlı öz fikirlərini bildirmişdir. Nümayəndələr toplantıda hazırda dünya turizmində aparılan post-pandemiya tədbirləri, bunun Azərbaycan turizminə təsirləri, bundan sonrakı dönəmdə "Skal İnternational Baku”nun atacağı addımlar, "Şuşa İli” çərçivəsində görüləcək işlər və s. barədə müzakirə aparmışlar.

Tədbir media nümayəndələri və rəsmi dövlət qurumlarının iştirakı ilə baş tutmuşdur.

Tədbirdə Azərbaycan Turizm Bürosunun səlahiyyətli nümayəndələri, Azərbaycan Bələdçilər Assosiasiyası nümayəndələri, KOBİ Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri, Azərbaycan Turizm Şirkətləri və Hotelləri Assosiasiyası nümayəndəlikləri, Azərbaycan Konqreslər Bürosu rəsmiləri, turizm agentlikləri, sənaye nümayəndələri, Bakı və digər regionlardan olan hotel rəhbərləri iştirak etmişlər.

- Panel müzakirə mərhələsində çıxış edənlər toplantının mövzusu üzrə öz fikirlərini bildirmiş, sənaye nümayəndələri ilə geniş müzakirələr aparılmışlar.

Toplantı şam yeməyi və ənənəvi Skal tostu ilə başa çatmışdır.




Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page