

New Baku Hotelin Baş Meneceri Ceyhun Aşurovla Young Skalçıların müsahibəsi
Özünüz və turizmə gəlişiniz haqqında bizə biraz bəhs edə bilərsinizmi?
Mən turizmə təsadüfən gəlmişəm, bəlkə də bu bir zərurət olub. Özüm iqtisadçıyam ADİU-nun Beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirmişəm. Əsgərlikdən sonra müxtəlif sahələrdə- bankda, bir zavodun maliyyə şöbəsində işləmişəm. Ancaq turizm qədər heç biri mənə cəlbedici olmadı. Turizmlə yaxından tanışlığım ilk dəfə Türkiyədə oldu. Marmarisdə bir resort oteli olan Lidya oteldə resepşn olaraq işə b