Skal Baku Emitt 2019 sərgisində
Skal Baku klubu Prezidenti və Skal Baku nümayəndələri EMİTT 2019 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir.
Türkiyənin İstanbul şəhərində keçirilən sərgi fevralın 3-nə qədər davam edəcək.
Skal nümayəndələrinin də daxil olduğu Azərbaycan nümayəndə heyətinin tərkibində eyni zamanda Azərbaycan Hava YollarıQSC, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri də var. Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən foto və video çarxlar nümayiş etdirilir, broşürlər paylanılır.
Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir.
Sərgi zamanı Skal Baku klubu nümayəndələri ilə Qardaş klub İstanbul Skal klubunun nümayəndələri ilə biraraya gəlib. Skal İstanbul klubunun prezidenti Ata Eremsoy sərgidə Turzimdə yeni trendlər haqqında danışıb.
Sərgidə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində, Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.
1997-ci ildən etibarən hər il keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi, ümumilikdə, 54000-dən çox ziyarətçi qəbul edib.
Qeyd edək ki, ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.