top of page

Müzəffər Ağakərimov - Hotel Menecmenti kitabının təqdimatı

Ağa-Kərimov Müzəffər Mehdi oğlu 1948-ci ildə anadan olmuşdur. Azərbaycan Turim Assosiasiyası sədrinin müşaviri M.Ağa-Kərimov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmişdir. Ağakərimov M. M. Moskva şəhərində SSRİ Nazirlər Kabinetinin Xarici Turizm Baş İdarəsi İnstitutunu (indiki Moskva Turizm, Mehmanxana və Restoran Biznesi Akademiyası) bitirib, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun ingilis dili üzrə iki illik kursunu, Antaliya və Kemer şəhərlərində, Türkiyə Turizm Nazirliyinin mehmanxana biznesi kurslarını bitirmişdir. 1969-cü ildən Bakı səyahətlər və ekskursiya bürosunda ekskursiya bələdçisi kimi fəaliyyətə başlayıb, daha sonra turbaza,turist qatarı, teploxod və təyyarə marşrutlarında baş təlimatçı işləmişdir. Daha sonra uzun müddət “İnturist” sistemində, otel inzibatçısı, şöbə müdiri və baş direktorun müavini vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviridir. M. Ağa-Kərimov turizm və otel biznesinə aid bir çox tədbirlərdə, infoturlarda, sərgilərdə, fəal iştirakı ilə Azərbaycanı təmsil edib. 2004-cü ildən Baki Dövlət Universitetində turizm və otel biznesi fənnindən bakalavr və maqistrlərə dərs deyir. Otel biznesi və ekskursiyalara aid 7 kitabın və onlarla elmi məqalənin müəllifidir. M.Ağa-Kərimov “Turizm və qonaqpərvərlik” tədqiqatları adlı beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür. M.Ağa-Kərimov 2012-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının fəxri turizm işçisi adına layıq görülmüşdür.




Comments


Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page