top of page

Skal International Baku klubunun ənənəvi 23-cü Ziyafət Toplantısı


22 dekabr 2018-ci il tarixində Avenue Hotel Baku mehmanxanasında “Skal International Baku” - Beynəlxalq Turizm Peşəkarları Birliyinin Bakı klubunun təşkilatçılığı ilə “23-cü Ziyafət Toplantısı” baş tutdu. Bu dəfəki görüş "Dünyada və Azərbaycanda Sağlamlıq Turizmi, mövcud imkanlar və reallıqlar" mövzusunda idi. Tədbirdə Turizm sənayesinin peşəkarları, tibb sahəsində çalışan mütəxəsisslər , turizm şirkəti və otel rəhbərləri iştirak etdilər .

Klubunun Prezidenti cənab Ceyhun Aşurov rəsmi tədbiri açıq elan edib, iştirakçıları salamladı və Skal Baku klubunun qurucu fəxri prezidenti, (GHTC) Qlobal Sağlamlıq Turizmi Təşkilatının Prezidenti Ruslan Quliyevə söz verdi. Ruslan Quliyev də öz nitqində Skalın turizmdəki əhəmiyyətindən və ölkəmizdəki sağlamlıq turizminin vəziyyətindən danışdı.

Tədbirdə Skal Bakunun idarə heyətinin üzvü, eyni zamanda klubun yaranmasında böyük rolu olan, Mahir Qəhrəmanova və Azərbaycanda tanınmış peşəkar bələdçilərdən olan Balaş Maqsudbəyliyə söz verildi. Onlar da öz dəyərli fikirlərini auditoriya ilə bölüşdülər .

Sonda isə Ceyhun Aşurov Dunyadakı sağlamlıq turizminin vəziyyəti və trendlər haqqında, daha sonra qonağımız Oprea Group şirkətinin rəhbəri Firdovsi Xəlilov “Azərbaycanda mövcud Sağlamlıq Turzminin vəziyyəti və imkanlar”adlı layihə haqqında auditoriyaya ətraflı məlumat verdi.

Tədbirin sonunda Skal Baku klubunun prezidenti Ceyhun Aşurov Avenue Hotelinin Rəhbərliyinə tədbirə ev sahibliyi etdiyi üçün dərin təşəkkürünü bildirdi və Skal Baku klubu adından təşəkkürnamə təqdim etdi.

Tədbirin qeyri-rəsmi hissəsində qonaqlar şam yeməyinə dəvət edildilər Şam yeməyində təsadüfi seçimlə qonaqlara hədiyyələr də təqdim olndu.


Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page