Skal International Baku klubunun sədri Ahmet Can Yeşildağ, İstanbulda yerləşən Titanic Business Hote


Ahmet Can Yeşildağ Azərbaycanda Park İnn Radisson və daha sonra Səudiyyə Ərəbistanın Damman şəhərində Park İnn by Radisson Hotel & Residence -da Baş Direktor vəzifəsində işləmişdir. Yenidən İstanbula qayıdan Ahməd Can Yeşildağ öz danışmanlık şirkətini qurmaq üzərində işləyərkən gələn təklif üzərinə yenidən daha öncədən işlədiyi Titanic Hotels qrupunda çalışmağa başladı.

BAKIDA TÜRKİYƏNİ TƏMSİL ETDİ

Bakıya gəlmədən əvvəl İstanbulda Kartal Titanic Hotel-də uğurlu işlərə imza atan Ahmet Can Yeşildağ, Park İnn Radisson Baku-da işlədiyi dövrdə Türkiyənin adının daha çox yayılması üçün fəaliyyətlər göstərdi. Skal Baku Klubunun İdarə heyətində yer aldı və rəhbərliyini etdi. Əlavə olaraq Otel İdarəçiləri Dərnəyi, TUROYD üzvü olaraq Bakıda fəal iştirak etdi.

AHMET CAN YEŞİLDAĞ KİMDİR?

Ahmet Can Yeşildağ; 25 ildən çoxdur ki Turizm və Otelçilik sektorundadır. Həyat boyu təlim-təhsil almanın önəminə inanaraq, hər zaman bu yöndə özünə sərmayə qoymuşdur. Dünyanın müxtəlif bölgələrində təlimlər və konfranslarda iştirak edərək bir peşəkar olmuşdur.

1993-cü ildə Etiler Turizm ve Otelcilik Peşə Liseyini bitirdikdən sonra xidmət sektorundakı peşəkar iş həyatına başlamışdır. “The Marmara və Swissotel Istanbul”dakı stajlarından əldə etdiyi təcrübələrlə ilk peşəkar işinə Beynəlxalq Amerikan otellər şəbəkəsi olan Grand Hyatt Istanbul otelində yeyəcək-içəcək sahəsində başlamışdır.

Daha sonra Beynəlxalq Konqres və Sərgi Orqanizasiyalarına xidmət edən təşkilat şirkətini qurucu ortaq olaraq idarə etmişdir. Habitat, Expo Istanbul, Bienal, Tıp Kongreleri, Konsertlər kimi müxtəlif orqanizasiyaları müvəffəqiyyət sertifikatları almışdır.

Londondakı İngilis dili və Kompyuter Proqramçılığı üzrə təhsil aldıqdan sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitesi Turizm və Otel Yöneticilik üzrə təhsilinə davam edib. Buranı da uğurla bitirdikdən sonra Beynəlxalq Sheraton Hotel Zincirində kariyerasına davam etmişdir.

Anadolu Universiteti İşletme Fakultəsini tamamladıqdan sonra Sabiha Gökçen Hava limanının ticarət sahələri bölməsinə rəhbərlik edərək Havalimanı içərisindəki bütün ticari sahələrin idarə edilməsindən məsul şəxs olmuşdur.

2009-cu ilində başladığı Titanic Hotel Grupunda davam edən uğurlu idarəçilik kariyerasından sonra 2013-cü ildə dünyanın ilk 10 otel zinciri içərisində olan Carlson Rezidor Hotel Group strukturtunda işləmişdir.

İş həyatına Azərbaycanın Bakı şəhərində Baş Direktor olaraq davam etmişdir. Bu dövrdə həyat boyu təlim-təhsil inancı ilə müxtəlif təlim və sertifikat proqramlarında iştirak etmiş, həm də Turizm və Otel İdarəçiliyi sahəsində dünyanın ən önəmli universitetlərindən olan Cornell School of Hotel Management Universitetində Otel Baş Direktorluğu Sertifikat Proqramına və digər proqramlara qatılaraq müvəffəqiyyətlə bitirmişdir.

2017-ci ilin sonunda CRHG-dan ayrılaraq Peşəkar “Professional Eye” Turizm İnvestisiya Konsaltinq şirkətini yaratmışdır.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square