Türkiyəli professor Lütfi Zadədən yazdı: ”Öz istəyi ilə öz torpağında dəfn edildi”
Ötən ilin sonlarında dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi.
Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:
Bu dəfə Lütfi Zadə haqqında biz yox, türkiyəli professor, DR. Ali B kutvan danışacaq. Dövlət İdarəçilik Akademiyasında da mühazirələr oxuyan professor Lütfi Zadənin həyat və yaradıcılığından bəhs edən çox maraqlı məqalə yazıb.
Məqalə əvvəlcə professorun Lütfi Zadənin iş otağında çəkdirdiyi foto ilə bağlı təəssüratla başlayır:
“Qarşımda bir fotoşəkil dayanıb...
Olduqca kiçik bir yazı masası... İri böyüdücü... Üst-üstə qalaqlanan qalın kitablar... Qovluqlar.. Kağızlar...Rəngarəng qələmlər... Stolüstü kompüter... Kompüterin prosessoruna yapışdırılan kiçik qeyd kağızları... Məktub zərfləri...Və otağa süzülən gün işığı...
Fotoya baxıram...
Bu kiçik, sadə otaqda dövrümüzün ən dəyərli elm adamlarından biri oturur.
Lütfi Zadə- Yəni, artıq yaxın gələcəyimizi müəyyənləşdirib-formalaşdıracağını düşündüyümüz, bundan əmin olduğumuz süni intellekt texnologiyalarının atası olan professor Dr. Lütfi Zadə...”
Ali Kutvan məqaləsini Lütfi Zadənin məşhur vəsiyyəti və həyat səhifəsi ilə bağlı qeydləri ilə davam etdirir:
“Lütfi Zadəni 6 sentyabr 2017-ci il tarixində itirdik. Cənazəsi öz vəsiyyəti üzrə Bakıya gətirildi. Azərbaycan Milli Elmlər Akademiyasında bu böyük em adamının adına yaraşan bir mərasim təşkil olundu. Və Lütfi Zadə öz istəyi ilə öz torpağında dəfn edildi.
96 illik ömrünün 86 ilini Vətəndən uzaqda keçirən bir elm adamının vəsiyyətinə görə, öz Vətənində dəfn olunmaq istəyi böyük bir qədirbiləniklə yanaşı, mənə qalsa, həm də dərin bir hüzün içirir.
Lütfi Zadə azərbaycanlı riyaziyyatçı və İT sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoyan elm adamıdır.
Lütfi Zadə 1921 ildə Azərbaycanın paytaxtı Bakıda anadan olub. Rusəsilli anası həkim, azərbaycanlı atası isə həm iş adamı, həm də jurnalist idi. Lütfi Zadə 10 yaşında ikən ailəsi Sovet İttifaqında Stalin rejiminin yürütdüyü təqibedici siyasətindən dolayı Bakını tərk edib, Tehrana köçür.
Lütfi Zadə ali təhsilini Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsində aldı. Universiteti bitirdikən həmən sonra-1942-ci ildə ABŞ-a gedib, orada Bostondakı Massaçusets Texnologiya Universitetinin Elektrik Mühəndisliyi ixtisası üzrə yüksək dərəcə təhsilini alıb. Ardınca isə Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinə daxil olur və oranı 1949-cu ildə doktor diplomu ilə bitirir”.
Ali Kutvanın Lütfi Zadənin elmi fəaliyyəti və əsasını qoyduğu nəzəriyyələrlə bağlı fikirləri də çox maraqlıdır:
“Bu gün Lütfi Zadənin elm aləmində 6 önəmli nəzəriyyəsi mövcuddur. Bəlkə də bunlardan ən önəmlisi və Lütfi Zadəyə elm dünyasında ən nüfuzlu mövqe qazandıran nəzəriyyə "Qeyri-səlis məntiqdir". Belə ki, Lütfi Zadənin "Qeyri-səlis məntiq" nəzəriyyəsi əsasında 2016-cı ildə yapon alimləri tərəfindən süni zəkaya sahib ilk robot hazırlanıb. Alter adı verilən bu robot Tokio Beynəlxalq Elm Muzeyində sərgilənməkdədir.
Bu gü Lütfi Zadənin "Qeyri-səlis məntiq" nəzəriyyəsi süni intellekt texnologiyalarının atası olaraq qəbul edilir.
"Qeyri-səlis məntiq"dən başqa, Lütfi Zadə dünya elmində geniş yer tutan və əks-sədaya səbəb olan 5 fərqli nəzəriyyənin yaradıcısıdır. Bunlar; "İzləmə nəzəriyyəsi", "Sistem nəzəriyyəsi", Sözlə hesablama" nəzəriyyəsi, "Optimal filter" nəzəriyyəsi və "Soft computinq" nəzəriyyəsidir.
Lütfi Zadə, 1961-ci ildə nəşr olunan bir məqaləsində “nisbi paylanma ilə müəyyən edilə bilinməyən qeyri-səlis və ya qeyri-müəyyən miqdarlar üçün fərqli bir riyaziyyat” lazım olduğunu yazırdı. Çünki Lütfi Zadə təbiətdəki hadisələrin və proseslərin sonu dəyərləndirilə bilən məntiqlə hesablana bilinmədiyini düşündürdü”.
Türkiyəli professorun Lütfi Zadədən bəhs edən məqaləsində ən çox yer ayrılan məsələlərdən biri də “Qeyri-səlis məntiq”dir:
“Lütfi Zadə bundan 4 il sonra, 1965-ci ildə “Fuzzy Sets” başlıqlı məqalə yazdı.
Lütfi Zadənin bu fəaliyyəti “elmdə həssaslıq” anlayışından imtina edən elmi dairələr tərəfindən öncə qəbul edilmədi və sərt tənqid edildi. Hətta ABŞ konqresində Lütfi Zadənin elmi işlərinə xərclənən maliyyənin qaynaqları müzakirə edildi və tənqid hədəfinə çevrildi.
1970-ci illərdə xüsusilə də yapon alimləri tərəfindən bu istiqamətdə edilən araşdırmalar, mühəndislik tətbiqləri daha da inkişaf etdi. Bunun sayəsində, “Qeyri-səlis məntiq” nəzəriyyəsi daha da inkişaf etməyə başladı.
1980-ci illərdən etibarən, Lütfi Zadənin “Fazzy Logic” cə “Fazzy Sets” nəzəriyyələri Yaponiyanın Mitsibuşi, Toşiba, Soni, Kanon, Honda, Nissan,Sanyo kimi şirkətlərində tətbiq edilməyə başlanıldı.
Nəticədə, 1989-cu ildə Lütfi Zadəyə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin sənayeyə verdiyi faydalar səbəbiylə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatlardan biri “Honda” təqdim edildi.
Bundan sonra- “Qeyri-səlis məntiq”in yapon sənayesinə gətirdiyi fayda və yeniliklərdən sonra- ABŞ elm və sənaye dairələri bu nəzəriyyənin dəyərini anlamağa başladılar. Nəzəriyyə ABŞ sənayesində də - başda General Motors, General Electric, Motorola, Dupont, Kodak olmaqla-tətbiq edilməyə başlandı.
Hazırda bu nəzəriyyədən iqtisadiyyat, psixologiya, siyasət, dilçilik, sosiologiya və başqa elm sahələrində də istifadə edilir.
Bu gün “Qeyri-səlis məntiq” nəzəriyyəsi avtomobil mühərriklərindən tutmuş, paltaryuyan maşınlara, süni zəkanın alqoritmik sistemlərinə qədər olduqda geniş tətbiq sahəsinə malikdir. Hətta Tokio metrosu “Qeyri-səlis məntiq” əsasında kompüter və mühəndislik sistemləri ilə işləməkdədir.
Kompüter və informatika elmləri, idarəetmə sistemləri, qərar qəbuletmə alqoritmləri “Qeyri-səlis məntiq”in çox istifadə edilən sahələrdir.
Lütfi Zadə ölənə qədər ABŞ-ın Berli Universitetinin (Koliforniya ştatı) professoru vəzifəsində çalışdı. Həmçinin, universitetin kompüter proqramlaşdırma mərkəzinə də rəhbərlik edirdi.
Lütfi Zadə idarəetmə sahəsində də xeyli inişaf etmişdi. O, 1965-ci ilə qədər sistem və qərarqəbuletmə nəzəriyyələri ilə bağlı xeyli mürəkkəb analizlər aparıb. Ancaq 1965-ci ildən sonra isə “Qeyri-səlis məntiq” nəzəriyyəsi üzərində çalışıb və bu məntiqin süni zəka, dilçilik, qərarqəbuletmə, nəzarətetmə, sinir sistemi şəbəkəsi üzərindəki təsirini araşdırıb. Artıq son günlərdə qeyri-səlis məntiq kompüter hesablamaları, təbii dil, İT nəzəriyyələri üzərində daha da pərçimlənib.
Lütfi Zadənin qeyri-səlis məntiqi yaratdığı andan etibarən, bu günümüzə qədər bu nəzəriyyə ilə bağlı 1500-dən elmi məqalə yazılıb”.
Ali Kutvan yazısının sonunda təəssüfedici bir məsələyə də toxunub:
“Lütfi Zadə Nobeli qazanmasa da, adı bu mükafatla çox çəkildi. Amma onun barəsində ən gözəl sözlərdən birini bir başqa türk alimin ağzından eşitmək mənim üçün qürur verici idi.
12 iyun 2017-ci il tarixində, yəni, Lütfi Zadə hələ vəfat etməmişdən əvvəl Bakıya konfransa dəvət olunan Nobel mükafatı laureatı professor Aziz Sancar yalnız sadə və həqiqi elm adamlarının sahib olduğu təvazökarlıqla Lütfi Zadənin çoxdan Nobel mükafatını haqq etdiyini, hətta o mükafatı da aşan bir alim olduğunu səs-küylü salonda azərbaycanlı dinləyicilərinə söyləmişdi.
İndi yenidən yazımın əvvəlinə qayıdıram
Gördüyüm qədərilə, Lütfi Zadə türk dünyasının mətbuatında təəssüf ki, ölümü ilə də özünə çox yer qazana bilmədi...
Əvvəldə qədirbilənlikmi demişdim?”
Hazırladı: Elmin Nuri