Business Networking Night


Müasir biznes mühiti hər zaman aktiv həyat tərzini, peşəkar şəbəkələşməni, sektor daxilində ünsiyyəti, hər yaşda öyrənməyi tələb edir. Bu faktorları daim aktual saxlamaq üçün iş adamları, menecerlər mütəmadi görüşməli, bilik və təcrübə paylaşımı etməlidirlər. Ölkədəki biznes mühitinin yaxşılaşmasında məsuliyyət məhz elə bizlərin, sizlərin üzərindədir. Bu səbəbdən növbəti dəfə iş adamlarını bir yerə yığmağı qərara aldıq. Mətni sona qədər oxumaqla siz tədbir barədə bütün lazımi informasiyanı tapa biləcəksiniz. Tarix: 23 Noyabr Proqram: 19:00 - 19:30 - Sərbəst şəbəkələşmə və furşet masası 19:30 - 20:15 - İştirakçıların tanışlığı üçün aktivliklər 20:15 - 21:15 - Rəşad Bayramovun çıxışı: Natiqlik və təqdimat bacarıqları 21:15 - 22:00 - Sərbəst şəbəkələşmə Rəşad Bayramov haqqında: - İctimai çıxışlar və korporativ kommunikasiya üzrə məqalələrin müəllifi. “Sözünə güvən” adlı kitabı 2016-cı ilin dekabr ayında yayımlanıb. 2017-ci ildə isə II nəşri işıq üzü görüb. - Biznes təlimçi (2012-ci ildən). Ən çox müsbət rəy qazanmış təlim proqramlarına “İctimai çıxışların beş sirri”, "Təsirli ünsiyyət qanunları” və “Xoşbəxt həyat üçün vaxtın düzgün idarə edilməsi” kursları daxildir. - Azərbaycanda ən böyük xarici şirkət olan BP şirkətində xarici əlaqələr idarəsinin rəhbəri (2004-cü ildən). - ABŞ-in Roçester Texnologiya İnstitutunda (2004-cü il) kommunikasiya və marketinq üzrə magistr, Azərbaycan Dillər Universitetində (2001-ci il) isə filologiya üzrə bakalavr dərəcələrini əldə etmişdir. Bu tədbir kimlər üçündür: - Biznes sahibləri və şirkət, departament rəhbərləri - Şirkətinin fəaliyyətini daha yaxşı etmək istəyən - Yeni peşəkar tanışlıqlar axtarışında olan şəxslər İştirak haqqı: 15 AZN İştirakçı sayı: 50 nəfər Tarix: 23 Noyabr Məkan: New Baku Hotel Qeydiyyatdan keçmək üçün contact@majlis.network e-mailinə mobil nömrənizi və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yazmağınız kifayətdir. Məsul şəxslər ən qısa zamanda sizinlə əlaqə saxlayıb detallar barədə məlumatlandıracaqlar.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square