“Postsovet tarixində bu yüksək vəzifəyə irəli sürülən ilk yaradıcı insanam”


Polad Bülbüloğlu UNESCO-nun rəhbəri postuna seçkilərdə namizədliyini geri götürüb. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu UNESCO-nun baş direktoru postuna seçki yürüşündən çıxması ilə bağlı mətbuata bəyanat verib. Bəyanatda deyilir: “Mən ölkəmiz tərəfindən UNESCO-nun baş direktoru postuna namizəd irəli sürülməyindən qürur duyuram, hökumətə və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mənə göstərilən yüksək etimada və dəstəyə görə minnətdaram. Seçkilərə qədər olan çox qısa vaxt ərzində biz intensiv seçkiqabağı kampaniya təşkil etdik. Bu çətin işdə mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm. UNESCO İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər təşkil edildi, onlarca görüşlər, çıxışlar və təqdimatlar keçirildi, beynəlxalq nəşrlərdə məqalələr dərc olundu, burada Azərbaycan Respublikasının namizədinin UNESCO-nun gündəliyi və təşkilatın gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, böyük diqqət və dəstəklə qarşılanan məsələlər üzrə mövqeyi işıqlandırıldı. Seçkiqabağı kampaniyanın gedişində UNESCO İcraiyyə Komitəsinin bir çox üzvləri tərəfindən ifadə edilən dəstək bizim uğur qazanmağa ümid bağlamağımıza əsas verdi”. Bəyanatda UNESCO-nun rəhbəri postuna seçkilərdə Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü - Çin və Fransa olmaqla 8 dövlətin namizədinin iştirak etdiyi diqqətə çatdırılır və bildirilir ki, belə yüksəkrəqabətli mübarizədə lazımi miqdarda səs toplamaq mümkün olmadı: “Ona görə də mən seçki yürüşündən çıxmağı təəssüflə qərara aldım, lakin bunu borcumu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı olan bütün mümkün və zəruri olan hər şeyi etmişəm. UNESCO dünyanın əsas humanitar təşkilatı olaraq, təhsilin, elmin, mədəniyyətin və kommunikasiyaların inkişafında böyük rol oynayır. Bu nüfuzlu təşkilatın rəhbəri vəzifəsinə irəli sürülməsi faktının özü istənilən insanın həyatında böyük nailiyyətdir. Onunla qürur duymaq olar ki, postsovet tarixində bu yüksək vəzifəyə irəli sürülən və seçimdən keçən ilk yaradıcı insanam. Bu yolda məni dəstəkləyən hər kəsə bir daha minnətdarlığımı bildirmək istəyirəm”. Qeyd edək ki, Parisdə UNESCO İcraiyyə Komitəsinin 202-ci sessiyası gedişində baş direktor seçkisi üzrə üç səsvermə turu nəticə verməyib. Qalib gəlmək üçün namizədlər 58 üzv-ölkənin yer aldığı İcraiyyə Komitəsində minimum 30 səs qazanmalıdır. UNESCO-da baş direktor seçkisi oktyabrın 13-də yekunlaşmalıdır.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square