Şahdağ Turizm Mərkəzi MDB-nin dağ-xizək kurortlarının ilk üçlüyündə


Rusiyanın “TurStat” analitik agentliyi MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb. Reytinq 2017-2018-ci ilin qış mövsümündə turistlərin yerləşdirilməsi üçün onlayn-bron sistemində tutulan yerlərin sayı barədə məlumatların təhlilinin nəticələrinə əsasən təqdim edilib. Azərbaycandan Şahdağ Turizm Mərkəzi MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib. MDB-nin ən yaxşı dağ-xizək kurortlarında ilk yerləri Çimbulak (Qazaxıstan) və Siliçi (Belarus) tutur. Qəbələ rayonunda yerləşən Tufandağ dağ-xizək kompleksi də birinci onluqdadır. MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7-10 gün müddətinə planlaşdırılır. Şahdağ və Tufandağda istirahətin turistik büdcəsi yaşayış yeri və yemək xərci də daxil olmaqla, orta hesabla sutkada 90 dollar təşkil edir.


Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

Doing Business among Friends

  • w-facebook
  • Twitter Clean
  • w-googleplus
  • w-youtube