LİSENZİYALAR BƏRPA OLUNA BİLƏR ? – NAZİR ƏBÜLFƏS QARAYEVDƏN AÇIQLAMA


Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev “JW Mariott Absheron” otelində keçirilən “Prime Travel Market” tədbirində jurnalistlərin suallarını cavablandırıb.

TravelNews.Az xəbər verir ki, diqqəti cəlb edən məqamlardan biri Nazirin lisenziyaların yenidən bərpa olunub-olunmayacağı və reyestr xidməti barədə dediyi sözlər olub.

“Lisenziyalardan söhbət getmir. Bu sadecə reyestr xidməti vasitəsilə olacaq. Bu gün tamamilə naməlum adamlar guya turizm xidmətləri təqdim etmək niyyətində olurlar və bunu qeyri-peşəkar, səviyyəsiz edirlər. Biz buna imkan verə bilmərik. Reyestr buna imkan yaradacaq ki, bizim siyahımız olacaq və bu siyahıya düşən insanlar öz məsuliyyətini artıq ictimaiyyət qarşısında daşıyacaqlar.”- deyə Nazir Əbülfəs Qarayev bildirib.

Bundan başqa Nazir qeyd edib ki, reyestr xidməti Milli Məclisdə “Turizm haqqında yeni qanun layihəsi” qəbul olunandan sonra fəaliyyətə başlayacaq.


Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

Doing Business among Friends

  • w-facebook
  • Twitter Clean
  • w-googleplus
  • w-youtube