Azərbaycan “National Geographic Traveler” mükafatının səsverməsində ilk beşlikdədir



TurStat analitik agentliyi “National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermənin ilkin yekunlarını təhlil edib. Agentliyin saytında yer alan məlumata görə, Azərbaycan bu mükafatın “Sağlamlaşdırıcı istirahət” nominasiyasında ilk beşliyə daxildir. İsrailin liderlik etdiyi beşlikdə Almaniya, Sloveniya və İsveçrə də var. Qəbələdəki “Chenot Palace” hoteli “Ən yaxşı kurort hoteli” nominasiyasında ilk beşliyə daxildir. Çimərlik istirahəti üçün Yunanıstan, ailəvi istirahət üçün Kipr, ekskursiya turizmi üzrə İtaliya, dağ xizəkçiliyində Avstriya, macəra turizmi üçün Argentina, ekzotik turizmdə Yaponiya, qastronomik və aqrar turizm sahəsində Gürcüstan liderlik edir. Çin isə “ilin kəşfi” sayılır. Rusiyada sağlamlaşdırıcı istirahət üçün Altay diyarı irəlidə gedir. Bu ölkədə macəra tipli istirahət üçün Kamçatka, ekoloji turizmdə Xakasiya, ekskursiya tipli turizm üzrə Leninqrad vilayəti liderdir. “National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermə mayın 22-dən oktyabrın 15-dək linkində aparılır.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square