Parisdəki “Qastronomiya şəhərciyi”ndə Azərbaycan pavilyonu maraqla qarşılanıb


Fransa paytaxtında keçirilən “Beynəlxalq qastronomiya şəhərciyi”ndə Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə - müxtəlif millətlərin çoxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsinə, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə xidmət etməkdir. Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak ediblər. Sena çayının sahilində üç gün davam edən tədbir zamanı Azərbaycan pavilyonu şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri idi. Milli üslubda bəzədilmiş pavilyonda mətbəximizdən nümunələrin, ləzzətli xörəklərin, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən örnəklər, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib. “Beynəlxalq qastronomiya şəhərciyi” çərçivəsində iştirakçı ölkələr milli musiqi və rəqslərini təqdim ediblər. Parisdəki Azərbaycan məktəbinin şagirdləri “Uzundərə”, “Naz eləmə” və digər rəqslərimizi ifa ediblər. Qeyd edək ki, Azərbaycan iki ildir “Beynəlxalq qastronomiya şəhərciyi”ndə təmsil olunur.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square