Beynəlxalq esse müsabiqəsinin qalibləri Lahıcda olublar


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində müsəlman ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri sentyabrın 18-də İsmayıllının Lahıc qəsəbəsinə səfər ediblər. Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblər səfər çərçivəsində Lahıcın tarixi və memarlıq abidələri ilə yaxından tanış olublar. Lahıc sənətkarlarının əl işləri gənclərin böyük marağına səbəb olub.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square