Bakı MDB məkanında ən populyar şəhərlər sırasında


“TurStat” analitik agentliyi 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edib. Azərbaycanın paytaxtı populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alıb. Qeyd olunur ki, Bakı Minsk, Astana, Almatı, Daşkənd, Aşqabad, Kiyev kimi şəhərlərlə bərabər, bu ilin payızında turistlər arasında populyar olan ilk on şəhərdən biri sayılıb. Reytinq hotellərdə turistlər üçün nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlilinin nəticələri əsasında tərtib edilib. “TusStat”ın məlumatına görə, payızda turistlər Bakıya orta hesabla üç gün müddətinə gəlirlər və yaşamaq üçün gündə 78 dollar xərcləyirlər. MDB-nin ən ucuz şəhərləri Bişkek və Kişineu, ən bahalı şəhəri Astanadır.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square