Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS

September 26, 2017

|

Naibə Qurbanova / olaylar.az

 

Türkiyənin Dənizli vilayətində 20-24 sentyabr tarixlərində II Beynəlxalq Termal Sağlık Turizm Zirvəsi keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi səfər proqramı zənginliyi ilə diqqət çəkib.

Zirvə görüşünə 52 ölkənin səhiyyə nazirliyi nümayəndələri, həkimlər, fizioterapevt və reabilitasiya mütəxəssisləri, turizm agentlikləri və sığorta firmalarından olmaqla 300-ə yaxın iştirakçı qatılıb.

Tədbirə həmçinin Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Dənizli vilayətinin valisi Həsən Karahan, Dənizli Böyükşəhər Bələdiyyə Başçısı Osman Zola, Pamukkale Bələdiyyə Başçısı Hüseyn Gürlesin qatılıb.
Zirvə görüşünə iştirakçıların veloyürüşü ilə start verilib. Onlar Karahayıttan başlayaraq, antik hovuza qədər velosipedlərlə 7 kilometrlik yol qət ediblər. Yolda "çətinliklərlə" üzləşən iştirakçılar yolboyu gördükləri rəngli səhnə mənzərələri ilə təəccübləniblər.
İştirakçılar Pmaukkale, Karahayıtın dünyada məşhur tarixi yerləri ilə tanış olublar.

 

 

 

"Türkiyə təhlükəsiz ölkədir. Ölkəmizə inanın!"

Səfərin növbəti günü tədbirin rəsmi hissəsi başlayıb. Bildirilib ki, 1 ildir üzərində çalışılan və Pamukkale Universitetində reallaşdırılan tədbirin əsas məqsədi Türkiyənin ilk termal (qaynar bulaqlar) müalicə şəhəri olaraq Pamukkale və Karahayıt bölgəsinin tibbi turizm imkanlarını dünyaya tanıtmaqdır.

Açılış nitqi ilə çıxış edən Türkiyə Sağlık Turizmini Geliştirme Konseyi - THTC başkanı Emin Çakmak Dənizli bölgəsinin - Pamukkale və Karahayıtın sağlamlıq turizmi üçün ən etibarlı və faydalı bölgələr olduğunu deyib. O, adıçəkilən bölgələrin dünya sağlamlıq turizminin mərkəzi olma yolunda II Beynəlxalq Termal Sağlamlıq Turizm Zirvəsinin əhəmiyyətli olduğunu bildirib: "Konsey yarandığı 2005-ci ildən bəri 500-ü keçən yeniliyə imza atdı. THTC-nin 375 ölkədə üzvü var və dünyada 160 network ofisi ilə xidmət edir. Ölkəmizə daha çox fayda verməyi məqsəd qoymuşuq və buna doğru irəliləməkdəyik. Türkiyənin sağlamlıq turizmində beşinci yerdən üçüncü yerə yüksəlməsinə nail olmuşuq. Keçən il 746 min xəstəyə xidmət verilərək 5,6 milyard dollarlıq gəlir əldə olundu. Bu il 7 milyard dollar hədəfi keçəcəyik. Türkiyənin sağlamlıq turizmində 2018-ci il hədəfi 800 min xəstəylə 7,5 milyard olacaq. Turzim mütəxəssislərinin fəaliyyəti nəticəsində inam yaranıb və insanlar müalicə, istirahət üçün bizim ölkəni seçib. Türkiyə təhlükəsiz ölkədir. Ölkəmizə inanın!".

 

Hədəf turistlərin sayını 5 milyona çatdırmaqdır

Pamukkale Universitetinin rektoru Mustafa Bağ Karahayıtta 14 min 700 kvadratmetr ərazidə fizioterapevtik müalicə mərkəzlərinin açılacağını, bununla da ərazinin tam bir müalicə şəhəri halına gətiriləcəyini deyib.
Dənizli Bələdiyyəsi baş katibi Mustafa Gökdoğan 19 antik şəhər, 8 hövzədə termal su olduğunu ifadə edərək Dənizlini bu imkanlarla turizmin istənilən səviyyəsinə çatdırmağın mümkünlüyünü bildirib.
Dənizli millət vəkili Şahin Tın, ərazidə qədim xristianlıq ənənələrinin mövcud olduğunu, insanların isti bulaqlarla dini inacların bir arada möcüzə yarada biləcəyinə inandığı bir məkan olduğunu xatırladıb: "Roma dövrünün ticari paytaxtı olan Pamukkale termal turizm mərkəzi olmalıdır. Sağlamlıq, mədəniyyət və idman turizmiylə Pamukkale imtina edilməz hala gətirilir. Hədəfimiz gələn turistlərin sayını 5 milyona çatdırmaq, 2023-cü ilə qədər buranı dünyanın bir nömrəli səhiyyə distansiyasına çevirməkdir. Son 10 ildə xüsusi və ictimai xəstəxanalar açılır, bölgənin deyil, dünyanın ən yüksək tutumlu və ən yüksək texnologiyalarına sahib xəstəxanalarına sahib olacağıq. Hazırda bölgədəki 180 universitetin hamısında tibb fakültələri açılıb. Yeni həkim-mütəxəssis heyəti yetişdirmək kimi məqsdimiz var".

 

"Karahayıt məşhur səhiyyə şəhərinə çevrilməkdədir"

Dənizli valisi Hasan Karahan dünyada böyük bazara sahib olan səhiyyə turizminin yalnız Almaniyada təxminən 30 milyard dollar gəlir gətirdiyini deyib: "Məqsədimiz ölkəmizin müstəqilliyinin 100 illiyini qeyd edəcəyi 2023-cü ilə qədər alternativ turizm növləri ilə turist sayını və turizm gəlirlərini artırmaqdır. Alternativ turizm növləri arasında səhiyyə termal turizmi ön plandadır. 2023-cü il üçün ölkənin 20 milyard dollar səhiyyə turizmi gəliri əldə etməsi ilə 2 milyon beynəlxalq xəstəyə xidmət göztərilməsi nəzərdə tutulub.

 

İl ərzində yarım milyondan artıq turist qəbul edən Dənizli, indiki vaxtda qış, təbiət, mağara, tarix və mədəniyyət turizmi növləri ilə xüsusi bir turizm şəhəri olaraq önə çıxmaqdadır. Şəfa qaynağı termal suları, müalicəvi palçığı, təmiz havası və təbiəti ilə Karahayıt bir səhiyyə şəhərinə çevrilməkdədir. Karahayıt UNESCO Dünya İrsi Siyahısında iştirak edən Pamukkale 4000 il əvvəl insanların şəfa tapmağa gəldiyi antik kür şəhəri Hierapolis, 7 müqəddəs kilsədən birini saxlayan müqəddəs antik şəhər Laodikya və üç şəhərin kesişimi mövqesindəki Tripolis kimi tarixi və təbii miraslara yaxın mövqeyi ilə 12 ay termal səhiyyə turizm həyata keçirilə biləcək əhəmiyyətli bir yerdir.
Bu çərçivədə Karahayıtın termal səhiyyə sahəsində böyük əhəmiyyət kəsb edən II Beynəlxalq Termal Sağlamlıq Zirvədə ev sahibliyi etməsini böyük bir iftixar qaynağı olduğunu ifadə etmək istəyirəm".

Azərbaycanın tibbi turizm imkanları

Tədbir çərçivəsində Dənizlidəki klinika və sağlamlıq mərkəzləri ilə tanışlıq baş tutub. Azərbaycan nümayəndə heyəti Tekden Xəstəxanası və "Vizyon" Göz Mərkəzində olub, xəstəxanalarda aparılan müalicə üsulları, tibbi heyət barədə məlumat alıblar.
Görüşlərdə Azərbaycan nümayəndə heyəti əfsanəvi Naftalan nefti barədə xarici ölkə nümayəndələrinə ətraflı məlumat verib, həmin sahədə təcrübələrini bölüşüblər.
Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru, "Gilan Turizm" MMC-nin rəsmisi Fərid Məcidov son illər Naftalanda müasir tələblərə cavab verən sağlamlıq-istirahət komplekslərinin inşa olunduğunu deyib. O, Naftalan neftinin möcüzəvi əhəmiyyəti barədə iştirakçılara məlumat verib, hələ sovet dönəmində bu vasitə ilə minlərlə insanın şəfa tapması barədə danışıb: "Naftalan nefti sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərində müxtəlif sanatoriya mərkəzləri tikilməkdədir. Azərbaycanda tibbi turizmin geniş inkişaf etdiyi yerlərdən biri məhz Naftalandır. Bura üz tutan yerli və xarici turistlərin sayı bunu deməyə əsas verir".

 

F.Məcidov Azərbaycanda turistlərin sağlamlıq turizmi ilə bağlı zəngin və təhlükəsiz istirahət etmək imkanlarının olduğunu deyib.

 

Növbəti turizm toplantısı Azərbaycanda

Tədbirin sonunda Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru, "Gilan Turizm" MMC-nin rəsmisi Fərid Məcidov və - THTC başkanı Emin Çakmak arasında bu ilin 17 və 19 oktyabr tarixlərində Gəncədə Ramada oteldə, Bakıda Hilton otelində tibb işçilərinin və turizm nümayəndələrinin iştirakı ilə workshop keçirilməsi barədə razılıq əldə edilib.
Tədbirdə Türkiyənin aparıcı klinikalarının həkim heyəti, turizm və sığorta mütəxəssisləri iştirak edəcək. Görüşdə Azərbaycanın tibbi turizm imkanları müzakirə olunacaq, kurort və sanatoriyalar barədə məlumat veriləcək.

Share on Facebook
Share on Twitter
Please reload

Son Paylaşımlar

Skal Baku Emitt 2019 sərgisində

February 1, 2019

The 23rd Meeting of SKAL International Baku

December 26, 2018

Skal International Baku klubunun ənənəvi 23-cü Ziyafət Toplantısı

December 22, 2018

22nd Meeting of SKAL International Baku

November 1, 2018

Skal International Baku'nun 22-ci Ziyafət Toplantısı

October 26, 2018

Skal International Baku Turizm Peşəkarlar Assosiasiyanın Qurucu Başqanı Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib.

April 7, 2018

Young Skal Baku - Gənc Turizm Peşəkarlarının görüşü baş tutdu.

March 8, 2018

Biznesmen Radio - Ceyhun Aşurov (08.02.2018)

February 8, 2018

Skal International Baku klubunun sədri Ahmet Can Yeşildağ, İstanbulda yerləşən Titanic Business Hotel Europe Bayrampaşa Otelinin Baş Direktoru oldu.

January 31, 2018

Türkiyəli professor Lütfi Zadədən yazdı: ”Öz istəyi ilə öz torpağında dəfn edildi”

January 8, 2018

Please reload

Arxiv

February 2019 (1)

December 2018 (2)

November 2018 (1)

October 2018 (1)

April 2018 (1)

March 2018 (1)

February 2018 (1)

January 2018 (2)

December 2017 (1)

November 2017 (4)

October 2017 (16)

September 2017 (24)

Please reload

Etiketlere Göre Ara

I'm busy working on my blog posts. Watch this space!

Please reload

Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
  • ANA SƏHİFƏ

  • TURİZM XƏBƏRLƏRİ

  • SKAL NƏDİR?

  • SKAL BAKU

  • ÜZVLƏR

  • YOUNG SKAL BAKU

  • TƏDBİRLƏR

  • BENEFİTS

  • CONTACT

  • More

    Doing Business among Friends

    • w-facebook
    • Twitter Clean
    • w-googleplus
    • w-youtube