V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası keçiriləcək.

Sərgi-Yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.

3 gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.

Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir.


Reportaj - TurizmArtist Name
00:00 / 02:20
Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square