top of page

Cari ilin 25-27 feral tarixləri arasında İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində LE Royal Hoteldə , Kral II Abdulla ibn Huseynin himayələrində Global Healthcare Travel Forum (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi baş tutdu. Forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edirdi. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev təmsil etdi. Məlumat üçün qeyd edək ki, Azərbcaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə Təşkilatın idarə heyətində öz yerini möhkəmləndirərək, uğurla fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq turizmi Konseyi başkanı Emin Çakmak olmuşdur. O hal-hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammoridir.
Zirvə toplantısının açılış mərasimində İordaniya Haşimilər Krallığının baş naziri , zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal vəDina Mired, Səhiyyə Naziri cənab Mahmud Al-Şeyyab və Turizm naziri Xanım Lina Mazhar Annab iştirak etmişlər. Açılışdan sonra Forum iki gün boyunca stend nümayişləri , panel və B2B görüşmlər formatında davam etdirilmişdir. Global Healthcare Travel Concil stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı(Abşeron, Naftalan,Qalaalti,Duzdağ,Qəbələ, İstisu və s ) haqqında geniş məlumat vermiş, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanmışdır.
İordaniya Haşimilər Krallığının baş naziri , zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal vəDina Mired stendi ziyarət etmişdir. Ümumilikdə, 7 panel görüşməsi təşkil olunmuşdur. Müzakirə olunan aktual mövzular içərisində:
1. Sağlamlıq turizminə qlobal baxış
2. Global Sağlamlıq turizmi destinasiyaları
3. Leqallaşma,tənzimləmə və akreditasiya
4. Təhsil və tədqiqat
5. Sağlamlıq turizmində öləkələrarası əməkdaşlıq
6. Brendinq və marketinq strategiyaıarı
7. Medikal turizm,Dental turizm, spa və velnes turizmi,kulinariya turizmi,idman turizmi, 3-cü yaş qrupu turizmi
-xususi maraq kəsb etdiyi vurğulanmış və yeni tendensiyaıarın şaxəli inkişafı hədəf kimi qəbul olunmuşdur.
Forum çərçivəsində Türkiyə heyəti ilə birgə Azərbaycan Respublikaısnn İordaniya Haşimilər Krallığında fəaliyyət göstərən səfirliyinə gedilərək, Xocalı soyqırımı günü anılmış,səfirlik tərəfindən təşkil olunan foto stend təqdim olunmuşdur.
Forumun son günü 27 fevral tarixində Global Healthcare Travel Concil (GHTC)-nin baş Assambleyasının qapalı toplantısı və idarə heyətinə seçkilər keçirildi. Türkiyə Sağlıq Turizmi Konseyinin təşəbbüsu və dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçildi və iştirakçılara Azərbaycan haqqında geniş məlumat verildi. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Medical Tourism Council-in sədri xanım Leyla Marzouqi oldu. 
Sonda “Qlobal Sağlıq turizmi Amman deklarasiyası qəbul olundu.

1 / 1

Please reload

bottom of page